əsas səhifə | əlaqə az | рус | eng    
     

SƏHMDAR CƏMİYYƏTLƏR

 

Səhmdar cəmiyyətləri haqqında

Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. Səhmlər buraxmağa yalnız səhmdar cəmiyyətlərinin hüququ vardır. Səhmdar cəmiyyətinin əmlakı onun səhmlərinin yerləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində, habelə qanunla qadağan edilməmiş digər mənbələr hesabına yaranır. Səhmdar cəmiyyəti Mülki Məcəlləyə müvafiq olaraq yeni cəmiyyətin yaradılması və ya Mülki Məcəllədə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər nəzərə alınmaqla fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Səhmdar cəmiyyəti bir şəxs (fiziki və ya hüquqi şəxs)tərəfindən yaradıla bilər və ya cəmiyyətin bütün səhmlərini bir səhmdarın əldə etdiyi halda bir şəxsdən (fiziki və ya hüquqi şəxsdən) ibarət ola bilər. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən səhmdarların hüquqları müdafiə olunur. Səhmdar cəmiyyətləri iki tipli olurlar; qapalı tipli və açıq tipli.

 

 

Səhmdarların sayı 100-dən artıq olan Səhmdar Cəmiyyətlərin siyahısı

ətraflı

 

 

    Copyright © QKDK 2006 made in Network Technologies