Arxiv

Fevral ayında QKDK tərəfindən aşağıdakı şirkətlərin qiymətli kağızlar buraxılışı qeydiyyata alınmışdır

19.02.2010

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı

2 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Texnikabank” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri  1000 AZN olan 11973 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100100508P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır;

2 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “BE & G” Sığorta açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri  5000 AZN olan 200 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100100618P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır;

9 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Rabitəbank” açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 20 AZN olan 71.500 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100100355P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Səhmlər cəmiyyətin qeydiyyat nömrəsi AZ300100355, hər birinin nominal dəyəri 20 AZN olan 71500 ədəd imtiyazlı adlı sənədsiz səhmlərinə konvertasiya üsulu ilə yerləşdiriləcək;

11 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 2300 AZN olan 1000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100300687P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  Səhmlər “Atəşgah Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat nömrəsi AZ100200687 və hər birinin nominal dəyəri 1300 AZN olan 1000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək; 

18 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Konsern Interturan” Məhdud Məsuliyyətli Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 500 AZN olan 4300 ədəd sənədli adlı təmin edilməmiş istiqrazlarının buraxılışı AZ200100898 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır;

19 fevral 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Turanbank” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri  1000 AZN olan 1500 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100100554P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

İctimaiyyətlə əlaqələr sektoru