Arxiv

Yanvar ayında QKDK tərəfindən aşağıdakı şirkətlərin qiymətli kağızlar buraxılışı qeydiyyata alınmışdır

19.01.2010

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı

11 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Azal Sığorta” Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 400 AZN olan 5000 ədəd adi adlı sənədsiz səhmlərinin buraxılışı AZ100300467P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Buraxılan səhmlər “Azal Sığorta” açıq səhmdar cəmiyyətinin AZ100200467 qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 371 AZN olan 5000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək. 

14 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “İsmayıllı-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 2 AZN olan 70 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100100681P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır;

15 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 1000 AZN olan 1400 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100100877P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

19 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “KASPİAN TEXNOLOJİ KOMPANİ” açıq səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən nominal dəyəri 1 AZN olan 4000 ədəd adi sənədsiz adlı səhminin buraxılışı AZ100100895P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

İctimaiyyətlə əlaqələr sektoru