Arxiv

Sentyabr ayında QKDK tərəfindən dövlət qeydiyyatına alınmış dövlət qiymətli kağızların buraxılışları haqqında məlumat

06.09.2010

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı

03 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 182 gün və hər birinin nominal dəyəri 100 AZN olan 70 000 ədəd qısamüddətli istiqrazlarının buraxılışı 10306426S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

03 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 364 gün və hər birinin nominal dəyəri 100 AZN olan 40 000 ədəd geri çağırılmaq hüququna malik olan birillik dövlət istiqrazlarının buraxılışı 10501728S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

03 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 728 gün və hər birinin nominal dəyəri 100 AZN olan 30 000 ədəd ortamüddətli istiqrazlarının buraxılışı 10702527S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. 

03 sentyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tədavül müddəti 1092 gün və hər birinin nominal dəyəri 100 AZN olan 30 000 ədəd ortamüddətli istiqrazlarının buraxılışı 10802627S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

İctimaiyyətlə əlaqələr sektoru