Arxiv

QKDK tərəfindən “Kapital Partners” MMC-nin lisenziyasının fəaliyyəti dayandırılmışdır

18.01.2010

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Kapital Partners” MMC-nin 07 yanvar 2010-cu il tarixli müraciətinə əsasən, cəmiyyətə 07 mart 2008-ci il tarixində broker fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş 001350 saylı lisenziyanın fəaliyyəti dayandırılmışdır.

Hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 3 qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

İctimaiyyətlə əlaqələr sektoru