Attestasiya avtomatlaşdırılmış test üsulu ilə həyata keçirilir. Hər bir attestasiya sualı yalnız biri doğru olmaqla 4 (dörd) cavab variantına malikdir.
Attestasiya suallarının cavabları aşağıdakı qaydada qiymətləndirilir:
*düzgün cavab – 3 (üç) bal;
*səhv cavab – 1 (mənfi bir) bal;
*cavablandırılmamış – 0 (sıfır) bal.
Attestasiyanın nəticələri avtomatlaşdırılmış sistemin müvafiq çıxarışı əsasında dərhal elan edilir və iştirakçıya həmin çıxarış təqdim edilir.