Attestasiya üçün müraciət və  tələb edilən sənədlər

 

Attestasiyadan keçmək üçün QKDK-ya, Naxcıvan Muxtar Respublikası ərazisində attestasiyadan keçmək üçün isə İdarəyə qiymətli kağızlar bazarında peşəkar fəaliyyətlə məşğul olmaq niyyətində olan və ya xüsusi razılığa (lisenziya) malik olan şəxslər və səhmdarların reyestrini özü aparmaq istəyən səhmdar cəmiyyətləri tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir:

  1. Attestasiyadan keçmək üçün ərizə-anket (Əlavə 1);
  2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin sürəti;
  3. Namizədin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  4. Təhsil haqqında sənədin surəti;
  5. 2 (iki) ədəd 4x6 ölçüdə fotoşəkil.