Diler fəaliyyəti
- Lisenziya almaq üçün ərizə. Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyətin növü;
- Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
- Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
- Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
- Sonuncu hesabat tarixi ucun tərtib olunmus hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatın surəti;
- Ərizəçinin ştatında olan 3 (üç) əməkdaşa QKDK tərəfindən diler fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş ixtisas şəhadətnamələrinin surəti;
- Mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada diler fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqların olması barədə arayış;
- Lisenziyanın verilməsindən imtina edilmədikdə ərizəçi lisenziyaya görə dövlət rüsumunun (5500 AZN) ödənildiyini təsdiq edən sənəd təqdim etməlidir.