Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının lisenziyalaşdırmasının ümumi qaydaları Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar” ilə tənzimlənir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş ''Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər'' hüquqi normativ aktına əsasən hər bir peşəkar fəaliyyətin lisenziyalaşdırılması üçün tələb olunan əlavə şərtlər mövcuddur.