Azərbaycan Respublikasının Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin sədri

Rüfət Cəbrayıl oğlu ASLANLI

 

 

1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Aqrar Sənaye Bankında mühasibat uçotu idarəsində əmək fəaliyyətinə iqtisadçı kimi başlamış və 1994-cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində işləmişdir.
1994-cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı,
1995-ci ildən baş iqtisadçı, 1998-ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
2000-ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru,
2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankının İdarə Heyətinin üzvü seçilmişdir.
2006-cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
2006-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankının İdarə Heyətinin üzvü seçilmişdir.
2007-ci ilin fevral ayında Azərbaycan Republikası Milli Bankının İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2008-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.