QKDK öz fəaliyyət istiqamətlərinə uyğun olaraq qiymətli kağızlar bazarının tənzimlənməsi ilə bağlı normativ aktların qəbul edilməsi, qiymətli kağızların emissiyası və tədavülü, qiymətli kağızlar bazarı iştirakçılarının və investisiya fondlarının fəaliyyətləri, qiymətli kağızlarla rəsmiləşdirilmiş borc öhdəlikləri bazarı, müvafiq fəaliyyət növlərinin lisenziyalaşdırılmasının həyata keçirilməsi, lotereyaların təşkili və keçirilməsi, qiymətli kağızlar bazarında investorların və qiymətli kağızlar bazarının iştirakçılarının hüquqlarının müdafiəsi, sağlam rəqabət mühitinin yaradılması üzrə dövlət tənzimlənməsini və nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
QKDK öz vəzifələrini yerinə yetirmək üçün qiymətli kağızlar bazarına aid olan qanunvericilik aktlarının layihələrinin hazırlanması, beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlığın edilməsi, qanunvericiliyi pozan şəxslərin inzibati qaydada məsuliyyətə cəlb edilməsi, qiymətli kağızlar bazarı sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün müvafiq tədbirlərin görülməsini həyata keçirir.