QKDK-da sənədlərin ümumi icra müddəti 15 gün, əlavə öyrənilməsi və yoxlanılması tələb edilən müraciətlərə baxılması isə 30 gün müəyyən edilir. Konkret hallarda hər hansı ayrıca sənədin icrası ilə əlaqədar rəhbərlik və ya yuxarı təşkilat tərəfindən xüsusi icra müddəti müəyyən edilə bilər.
QKDK-da sənədlərin icrasına nəzarət edilməsi bilavasitə QKDK sədrinin nəzarəti altındadır və Ümumi şöbə tərəfindən həyata keçirilir. Nəzarətdə olan sənədlərin icra vəziyyəti haqqında QKDK-nın Aparatının rəhbərinə ayda bir dəfə olmaqla növbəti ayın 5-dək, QKDK-nın sədrinə rübdə bir dəfə olmaqla növbəti ayın 10-dək hesabat təqdim edilir.
Hal-hazırda Azərbaycanda veksellər, çeklər, istiqrazlar, səhmlər, depozit sertifikatı, ipoteka kağızı, opsion, fyuçers, mənzil sertifikatı, Mərkəzi Bankın notları və özəlləşdirmə çekləri kimi qiymətli kağızlar dövriyyədədir.
Qiymətli kağız – forması və rekvizitləri qanunvericiliklə müəyyənləşən və hər hansı hüququ təsdiq və təsbit edən sənəddir. Qiymətli kağızlar sənədli və ya sənədsiz formada, adlı və ya adsız (təqdim edənə) ola bilər. Sənədli formada olan qiymətli kağızlar xüsusi qoruyucu nişanlara malik olmalıdır. Qiymətli kağızlar əsasən borc (istiqrazlar), sahiblik (səhmlər) və törəmə (opsionlar, fyuçerslər) qiymətli kağızlarına bölünür.
İpoteka kağızının emitenti – ipoteka predmetinin mülkiyyətçisi olan ipoteka qoyandır.
İpoteka istiqrazının emitenti - ipoteka kreditlərinin verilməsi üçün vəsaitlərin və ya əlavə vəsaitlərin cəlb edilməsi məqsədi ilə istiqrazları buraxan xüsusi fondlar və ya kredit təşkilatlarıdır.
QKDK-da vətəndaşların qəbulu hər ilin əvvəlində QKDK sədri tərəfindən təsdiqlənmiş qəbul günləri cədvəlinə müvafiq olaraq həyata keçirilir. QKDK sədrinin, Aparat rəhbərinin və yaxud struktur bölmə rəhbərlərinin qəbuluna düşmək arzusunda olan hər bir vətəndaş ərizə yazmaqla müraciət etmək hüququna malikdir.
İpoteka istiqrazı – ipoteka kreditlərinin verilməsi üçün hüquqi və fiziki şəxslərin sərbəst pul vəsaitlərinin cəlb edilməsi məqsədi ilə emissiya edilən təminatlı istiqrazlardır. İpoteka istiqrazı ipoteka kreditlərinin verilməsi üçün pul vəsaitlərin cəlb edilməsi məqsədi ilə buraxılır.
İpoteka kağızı – qanunvericiliklə müəyyənləşdirilmiş rekvizitlərə və formaya malik, öhdəliyin icrasının təmin edilməsi üçün daşınmaz əşyaların və mülkiyyət hüquqları rəsmi reyestrdə qeydə alınan daşınan əmlakların girovunu təsbit və təsdiq edən adlı qiymətli kağızdır. Borclu, öhdəliyi icra edə bilmədikdə və ya vaxtında icra edə bilmədikdə, İpoteka kağızının sahibi olan ipotekasaxlayan (həm də kreditor) borcun icrası (ödənilməsi) üzrə tələbi bu qiymətli kağız vasitəsilə təsbit olunan ipoteka predmetinə yönəldə bilər.
Sənədlərin icrasında aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür:
QKDK-nın sədrinin, onun müavinlərinin və ya Aparatın rəhbərinin göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan digər sənədlər də nəzarətə götürülə bilər.
Sənədlər bir qayda olaraq, QKDK-ya daxil olduğu gün qeydiyyata alınır və müvafiq qaydada rəhbərliyə təqdim olunur.
QKDK-da kargüzarlığın aparılması Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a, həmçinin “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən hazırlanmış “QKDK-da karğüzarlığın aparılması Qaydaları”na müvafiq olaraq həyata keçirilir. Bu Qaydalar QKDK-nın mərkəzi aparatından əlavə, eləcə də, onun strukturuna daxil olan digər qurumlarda, habelə tabeliyində olan qurumlarda kargüzarlığın aparılmasının vahid sisteminin fəaliyyətini tənzimləyir.
Kütləvi təklif üsulu ilə yerləşdirilmiş Dövlət istiqrazlarının tədavülü BFB-də həyata keçirilir. (Əsas: “Dövlət istiqrazlarının emissiyası, tədavülü və ödənilməsi haqqında” Əsasnamə.)
Dövlət istiqrazların emitenti qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi çıxış edir. (Əsas: “Dövlət istiqrazlarının emissiyası, tədavülü və ödənilməsi haqqında” Əsasnamə.)
İstiqraz, onun sahibinin onu buraxmış şəxsdən istiqrazda nəzərdə tutulan müddətdə istiqrazın nominal dəyərini və ya başqa əmlak ekvivalentini almaq hüququnu təsdiqləyən qiymətli kağızdır. (Əsas: Mülki Məcəllənin 1070.1. bəndi.)
Mərkəzi bankın qısamüddətli notlarının təkrar bazarda tədavülü Fond Birjası vasitəsilə və ya bilavasitə banklar arasında bağlanılmış əqdlər əsasında həyata keçirilir. (Əsas: “Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında” Qaydalar.)
(Əsas: Mülki Məcəllənin 1078-47.1-ci bəndi.)
Xidməti məlumat ümumi qaydada əldə edilə bilməyən, qiymətli kağızlar bazarının iştirakçısı olan təşkilatlarda, yaxud müvafiq dövlət orqanlarında tutduğu vəzifə ilə əlaqədar olaraq əldə edilən və ya emitentlə bağlanmış müqaviləyə əsasən, qiymətli kağızlar bazarının subyektləri, qiymətli kağızlar, onlarla əməliyyatlar, qiymətlər və digər xüsusatlar üzrə açıqlanmamalı olan və istifadə edildikdə məlumat sahibinə qiymətli kağızlarla əməliyyatların aparılmasında digər iştirakçılardan daha üstün mövqe təmin edən məlumatdır. (Əsas: Mülki Məcəllənin 1078-46.1-ci bəndi.)
Dövlət özəlləşdirmə payı (çek) dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. 1 (bir) dövlət özəlləşdirmə payı 4 (dörd) çekdən ibarətdir. Dövlət özəlləşdirmə paylarının (çeklərinin) tədavül müddəti 2010-cu il 1 yanvar tarixinədək uzadılmışdır.
(Əsas: Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli 450 nömrəli “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Fərmanı ilə dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində daha geniş şəkildə istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 noyabr tarixli 649 nömrəli Fərmanı.)
Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir. (Əsas: Mülki Məcəllə 1078-20.1.-ci bəndi.)
Lotereyanın təşkilatçısı lotereyanın başlanmasına azı 20 (iyirmi) iş günü qalmış Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aşağıdakıları təqdim etməlidir:
Stimullaşdırıcı lotereya - malın (işin, xidmətin) satışını stimullaşdırmaq məqsədilə həmin malı (işi, xidməti) almış şəxslər arasında keçirilən lotereya formasıdır.
Lotereya - lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) yayılması, lotereya iştirakçıları arasında uduş fondunun oynanılması və uduşlu lotereya biletlərinin (onlara bərabər tutulan digər məlumat daşıyıcılarının) sahiblərinə uduşların verilməsi (ödənilməsi) yolu ilə keçirilən kütləvi oyundur.
Tirajlı lotereya - uduş fondu əvvəlcədən təyin edilmiş vaxtda oynanılan lotereyanın keçirilməsi formasıdır.
Ani lotereya - uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi formasıdır.
Məqsədli lotereya - müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət əhəmiyyətli layihənin maliyyələşdirilməsi məqsədi ilə keçirilən lotereya formasıdır.
1. Lisenziya almaq üçün ərizə;
Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:
Hüquqi şəxslər üçün - adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
Fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;
2. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
3. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;
4. Ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;
5. Lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti (QKDK tərəfindən lisenziyanın verilməsi haqqında qərar qəbul edildikdən sonra);
ƏSAS: Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”.
ƏLAVƏ ŞƏRTLƏR:
Broker fəaliyyəti üçün:
Diler fəaliyyəti üçün:
Qiymətli kağızların idarə olunması üzrə fəaliyyət üçün:
Depozitar fəaliyyəti üçün:
Qiymətli kağız sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyət üçün:
Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq) üçün:
Fond birjası fəaliyyəti üçün:
- qiymətli kağızlarla ticarətin qaydalarının surəti;
- qiymətli kağızların ticarətə buraxılması (listinq) və ticarətdən çıxarılması (delistinq) qaydalarının surəti;
- birjada bağlanmış əqdlər üzrə hesablaşmaların və uçotun həyata keçirilməsi qaydalarının surəti.
ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər".
İxtisas şəhadətnaməsinin alınması üçün Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aşağıdakı sənədlər təqdim olunmalıdır: