Layihənin adı: | Azərbaycan Respublikasının Hökuməti və İslam İnkişaf Bankı arasında texniki yardım Müqaviləsi (qrant) (Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin təkmilləşdirilməsinə dair) |
Layihənin məqsədi: | Depozitar xidmətinin təkmilləşdirilməsi; Milli Depozit Mərkəzinin institusional potensialının artırılması; Depozitar və klirinq sistemlərinin əlaqələndirilməsi. |
Texniki yardımı (qrantı) alan orqan: | Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi |
İcraçı Agentlik: | QSC «Milli Depozit Mərkəzi» (MDM) |
Maliyyələşdirmə mənbələri: | İslam İnkişaf Bankı QSC «Milli Depozit Mərkəzi» (MDM) |
Qüvvəyə minmə tarixi: | 04 aprel 2008-ci il (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 4 aprel tarixli 107s nömrəli sərəncamı əsasında) |
Layihənin icra müddəti: | 04 aprel 2008-ci il - 30 iyun 2009-cu il |
Gözlənilən başa çatma müddəti: | 30 iyun 2009-cu il ( Layihə vaxtında tamamlanmışdır) |
Layihə üzrə yerinə yetirilmiş işlər: | Konsaltinq xidmətləri üzrə yekun hesabatlar hazırlanmış və təqdim edilmişdir; MDM-in Naxçıvan filialı və Sumqayıt Ehtiyat mərkəzi üçün nəzərdə tutulmuş bütün kompüter avadanlıqlarının təchizatı və quraşdırılması başa çatdırılmışdır; MDM-in 12 əməkdaşı 7 gün müddətinə Türkiyənin Mərkəzi Depozitarı və Hesablaşma bankı olan “Takasbank”da seminar və təlim keçmişdir; Depozitar uçot sistemi modernləşdirilmiş və yeni proqram təminatı modulu hazırlanmışdır; Müvafiq avadanlıq Bakı Fond Birjasının ticarət meydançasında quraşdırılmış, depozitar və ticarət sistemləri arasında elektron əlaqə yaradılmışdır. |
Layihənin adı: | Avropa İttifaqının Azərbaycanda investisiya və ixrac mühitinin inkişafına dəstək layihəsinin komponenti* |
Layihənin məqsədi: | Azərbaycanda kapital bazarının inkişafı və portfel investisiyalarının təşviqi: Azərbaycan qiymətli kağızlar bazarının hüquqi-normativ bazasının qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq təkmilləşdirilməsi; QKDK-nın institusional potensialının artırılması; İzahlı maliyyə lüğətinin hazırlanması; İctimaiyyətə qiymətli kağızlar bazarı haqqında məlumatın çatdırılması məqsədi ilə konfrans, seminar və digər tədbirlərin təşkili. |
Texniki yardımı (qrantı) alan orqan: | Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi |
İcraçı Agentlik: | SOFRECO şirkəti |
Maliyyələşdirmə mənbələri: | Avropa Birliyi |
Qüvvəyə minmə tarixi: | 30.01.2009 |
Layihənin icra müddəti: | Yanvar 2009 - Dekabr 2010 |
Gözlənilən başa çatma müddəti: | Dekabr 2010 |
Layihə üzrə yerinə yetirilmiş işlər: | Qiymətli kağızlar bazarında peşəkar iştirakçıların lisenziyalaşdırılması və nəzarəti konsepsiyasına dair təkliflər təqdim olunmuşdur; Fond birjasının təşkili və fəaliyyətinin tənzimlənməsinə dair qaydalar layihəsi hazırlanmışdır; Komitə əməkdaşlarının potensialının artırılması məqsədilə 2009-2010-cu illər üçün təlim proqramı hazırlanıb razılaşdırılmış, Beynəlxalq Maliyyə Hesabatlığı Standartları mövzusunda təlim kursları təşkil olunmuşdur. |
* Texniki yardım 3 benefisiar üçün nəzərdə tutulub: QKDK, Azərbaycan İnvestisiya Şirkəti və AZPROMO.
Layihənin adı: | Azərbaycanda ticarət və investisiya islahatına dəstək proqramı çərçivəsində layihə komponenti* |
Layihənin məqsədi: | Qiymətli kağızlara dair qanunvericiliyin təkmilləşdirilməsi; QKDK-nin strukturunun təkmilləşdirilməsi və proseslərin reqlamentləşdirilməsi; Kapital bazarı institutlarına nəzarətin təkmilləşdirilməsi; QKDK əməkdaşlarına təlimlərin keçirilməsi. |
Texniki yardımı (qrantı) alan orqan: | Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi |
İcraçı Agentlik: | CHEMONİCS şirkəti |
Maliyyələşdirmə mənbələri: | USAID |
Layihənin icra müddəti: | 30.04.2009 – 31.08.2009 |
Layihə üzrə yerinə yetirilmiş işlər: | Azərbaycan qiymətli kağızlar bazarının inkişaf istiqamətlərini müəyyənləşdirmək məqsədilə qabaqcıl dünya təcrübəsinə əsaslanaraq qiymətləndirmə aparılmışdır; Mülki Məcəllənin 54-cü fəslinə əlavə və dəyişikliklərə dair təkliflər layihəsi hazırlanmışdır; “İnvestisiya Fondları haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsinə rəy və təkliflər bildirilmişdir; Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin struktur bölmələrinin fəaliyyətinin səmərəliliyini daha da artırmaq üçün təkliflər təqdim olunmuşdur; Mövcud texniki yardım layihələrinin səmərəli əlaqələndirilməsi və yeni texniki yardımların cəlb edilməsi məqsədilə donor təşkilatlarının məşvərət iclası keçirilmişdir; Qiymətli Kağızlar bazarında peşəkar fəaliyyətin tənzimlənməsi və nəzarəti konsepsiyasının hazırlanmasına başlanılmışdır. |
* Texniki yardım layihəsinin benefisiarı ümumilikdə Azərbaycan Respublikası Hökumətidir.