qiymətli kağızlar bazarında vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, habelə qiymətli kağızlar bazarının və onun infrastrukturunun inkişafını təmin edir
2009-cu ildə korporativ qiymətli kağızlar bazarında artım dinamikası davam etmiş və 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,3% artaraq 457,3 mln. manata çatmışdır.
2009-cu ildə bütövlükdə borc alətləri bazarına 2 amil təsir göstərmişdir: 1) Pula tələbatın artması nəticəsində həm korporativ, həm də dövlət qiymətli kağızlar sektorunda yeni alətlərin buraxılması; 2) fiskal və monetar sahədə struktur dəyişiklikləri. 2009-cu ildə borc bazarının ümumi həcminin 8%-ini korporativ istiqrazlar, 26%-ini Mərkəzi Bankın qısamüddətli notları, 48%-ini dövlət istiqrazları, 19%-ini veksellər təşkil etmişdir.
2009-cu ildə korporativ borc alətləri bazarı ipoteka istiqrazlarının bazara daxil olması və aktiv genişlənməsi hesabına dinamik inkişaf etmişdir. Ötən il ərzində korporativ istiqraz bazarının həcmi 114,8 mln. manat olmuşdur ki, bu da 2008-ci ilin müvafiq göstəricisindən 141% çoxdur.
2009-cu il ərzində Mərkəzi Bankın davam etdirdiyi yumşaq pul siyasətilə əlaqədar olaraq dövlət qiymətli kağızları bazarının həcmində 68% azalma müşahidə olunsa da, Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının həcmi 55% artaraq 503 mln. manata, tədavülü isə 23,3% artaraq 158,1 mln. manata çatmışdır.