NAXÇIVAN İDARƏSİ
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatların tərkib hissəsini qiymətli kağızlar bazarının formalaşdırılması və inkişaf etdirilməsi təşkil edir. Bu istiqamətdə nəzərdə tutulan tədbirlərin səmərəliliyinin artırılması onların respublikanın bütün bölgələrində həyata keçirilməsini tələb edir.
Azərbaycan Respublikasında qiymətli kağızlarla fəaliyyətin inkişaf etdirilməsi, bu sahədə investorların hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi yaradılsın.
2. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Naxçıvan Muxtar Respublikasında Milli Depozit Mərkəzinin müvafiq struktur bölməsinin yaradılması üçün zəruri olan tədbirləri görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
3.1. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2005-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən və 2006-cı il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutsun;
3.2. bu Sərəncamın icrasını təmin etmək üçün digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bir ay müddətində bu Sərəncamın icrasını təmin etmək üçün zəruri olan məsələləri həll etsin.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin və Naxçıvan Muxtar Respublikasında Milli Depozit Mərkəzinin müvafiq struktur bölməsinin inzibati bina ilə təmin edilməsi üçün zəruri olan tədbirləri görsün və bu Sərəncamın icrasını təmin etmək üçün digər məsələləri həll etsin.
6. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr 2005-ci il
№ 1018
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin
Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi haqqında Əsasnamə
ətraflı

Azərbaycan Respublikasının Prezidenti yanında
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin
Naxçıvan Muxtar Respublikası İdarəsinin strukturu
Struktur bölmələrin və vəzifələrin adları
|
Adı, soyadı, atasının adı
|
|
|
Böyük mütəxəssis-inspektor
|
|
Qiymətli kağız sahiblərinin hüquqlarının müdafiəsi sektoru
|
|
|
|
Məmmədov Xudakərim Avtandil oğlu
|
|
İbrahimov Tural Qurban oğlu
|
Qiymətli kağızlar bazarının infrastrukturunun tənzimlənməsi sektoru
|
|
|
|
Ramazanov Ruslan Taryel oğlu
|
|
Ocaqquluyeva Gülsüm Ocaqqulu qızı
|
|
Hacıyev İlyas Məhəmməd oğlu
|
Maliyyə təsərrüfat sektoru
|
|
|
|
Abbasov Tural Şahbaz oğlu
|
|
Seyidov Mahmud Daməd oğlu
|
Əlaqə telefon nömrələri:
+994- 0136 45 12 74
+994-0136- 45 20 61
Ünvan: Naxcıvan şəhəri,
Zəroş Həmzəyeva küç.