əsas səhifə | əlaqə az | рус | eng    
     

QKDK HAQQINDA MƏLUMAT

Qiymətli kağılar bazarının və komitənin yaranma tarixi

Azərbaycanda qiymətli kağızlar bazarının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Ölkəmizdə ilk səhmlər 1913-cü ildə Bakı Tacir Bankının nizamnaməsinin təsdiq edilməsi ilə buraxılmışdır. Bu bankın əsas səhmdarları Azərbaycanın tanınmış sahibkarları-şuranın sədri H.Z.Tağıev, üzvləri M.Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və başqaları olmuşlar. XX əsrin ilk iki onilliyində Bakıda bir sıra səhmdar cəmiyyətləri fəaliyyət göstərmişdir. Bu cəmiyyətlərin əksəriyyəti neft istehsalı, emalı və ticarəti ilə məşğul olurdu. Onlardan "Neft məhsulları səhmdar cəmiyyəti", "Bül-Bülə neft və ticarət səhmdar cəmiyyəti", "Balaxanı-Zabrat neft istehsalı səhmdar cəmiyyəti" və digərlərini qeyd etmək olar. Yeni-Bakı neftemalı zavodunun, Bakı Tacir Bankının və başqa iri şirkətlərin səhmləri Moskvanın, Sankt-Peterburqun və Russiyanın digər iri şəhərlərinin fond birjalarında satışa çıxarılırdı. XIX-XX əslərdə Azərbaycanda iri Russiya banklarının Bakı filiaları fəaliyyət göstərirdi. Bu sırada Sankt-Peterburq Dövlət Bankının (1874-1920), Sankt-Peterburq Beynəlxalq Komersiya Bankının (1868-1920), "Voljsk-Kams" KB (1870-1920), Russiya Xarici Ticarət KB (1871-1919), "Russiya Sənaye ticarət" KB (1890-1920), "Şimal" KB (1901-1910), "Russiya Asiya" KB (1910-1920), "Azov-Don" KB (1877-1920) və b. göstərmək olar. Hələ 1900-cu ilin "Kaspi" qəzetinin səhifələrində veksel islahatı haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman geniş istifadəsi və labüdlüyünü təsdiq edən maraqlı məlumatlar dərc olunurdu. Həmin dövrdə Bakı Tacir Bankı və Bakıda fəaliyyət göstərən digər banklar tərəfindən veksellər və faiz kağızları buraxılmışdır. Veksellərdən ödəniş prosesində və borc münasibətlərinin formalaşmasında geniş istifadə olunmuşdur. Veksel bazarı Azərbaycan Demokratik Respublikası dövründə də inkişaf etmiş, lakin Sovet hakimiyyəti dövründə məhdudlaşdırılmışdır.Sovet Azərbaycanında bütün MDB məkanında olduğu kimi dövriyyəda olan əsas qiymətli kağız uduşlu dövlət istiqrazları olmuşdur.

Müstəqil Azərbaycan Respublikasında qiymətli kağızlar bazarınan yaranması yeni iqtisadi tariximizdə ən önəmli hadisələr sırasındadır, çünki bu bazarın mövcudluğu hər ölkənin iqtisadi tərəqqi amillərindən, Azərbaycanı dünya iqtisadi sisteminə yaxınlaşdıran vacib maliyyə infrastrukturlarından biridir. Dünya təcrübəsindən bəllidir ki, qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının əsas təməlidir, məhz buna görə də ümummilli liderimiz möhtərəm Heydər Əliyevin 1998-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaranması haqqında verdiyi 58 saylı Fərmanı dünya maliyyə təşkilatları, xarici sərmayədarlar və şirkətlər tərəfindən yüksək dəyərləndirilmişdir.

26 iyul 1999-cu il tarixində «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) fəaliyyətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının imzalanması ilə ölkədə mütəşəkkil qiymətli kağızlar bazarının təməli qoyulmuşdur. Fəaliyyət göstərdiyi dövr ərzində QKDK tərəfindən Azərbaycan Respublikasında müasir tələblərə cəvab verən, bazar münasibətləri prinsiplərinə uyğun, həmçinin geniş əhatəli infrastrukturu olan fond bazarının yaradılması və inkişaf etdirilməsi istiqamətində böyük işlər aparılmışdır. Onlardan biri qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi sisteminin yaradılmasıdır ki, dünya standartlarına müvafiq hüquqi - normativ baza hazırlanmışdır. Komitənin ümdə məqsədi bazarda baş verən prosesslərin şəffaflığının təmin edilməsi ilə yanaşı qiymətli kağızlar bazarında risklərin minimuma endirilməsidir. Məhz buna görə normativ-hüquqi bazada investorların (xüsusən minoritar investorların) hüquqlarının qorunmasına, qiymətli kağızlar bazarında məlumatın açıqlanmasına, qeyri-qanuni insayder əqdlərinin yol verilməməsinə, qiymətlərlə manipulyasiyanın qarşısının alınmasına və ölkənin fond bazarının daxili və xarici investisiya resurslarının iqtisadiyyatın real sektorunda akkumulyasiya edilməsinə, bazarın spekulyativ əqdlər bazarına çevrilməsinin qarşısının alınmasına yönəldilmiş digər istiqamətlərə xüsusi diqqət yetirilmişdir.

Bu məqsədlə normativ–hüquqi aktlar qəbul edilmiş, o cümlədən “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu sırada tütün məmulatları və alkoqollu içkilər üçün tətbiq olunan aksiz markalarının dövriyyəsi üzrə yeni mexanizm işlənmiş, borc öhdəlikləri bazarının tənzimlənməsi və girov əməliyyatlarının uçotu aparılmış, sivil lotereya bazarı formalaşmış, səhmdarların hüquqlarının qorunmasına dair iş təşkil olunmuş, Milli Depozitar Mərkəzinin işi yüksək səviyyədə qurulmuş, dövlət özəlləşdirmə paylarının (çeklərinin) və opsionlarının tədavülünün tənzimlənməsi məqsədilə qeydiyyat keçirilməsinə dair tədbirlər görülmüşdür.

Komitənin təşkilati dəstəyi ilə 2000-ci ilin fevral ayının 15-də Bakı Fond Birjası (BFB) yaradılmışdır. Birjanın təsisçiləri bir neçə iri bank və maliyyə strukturlarıdır. Bunların sırasında İstanbul Fond Birjası da var. BFB-nin əsas funksiyaları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş bütün növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir. Bundan əlavə, BFB öz üzvlərinə depozitar xidmətləri, həmçinin dövlət qiymətli kağızları daxil olmaqla qiymətli kağızların bütün saxlayıcıları üçün reyestrin aparılması xidmətlərini göstərmək imkanındadır. Alqı-satqı iştirakçılarının qiymətli kağızlarının və pul vəsaitlərinin hərəkəti «ödənişə qarşı təchizat» (ÖQT) prinsipi üzrə həyata keçirilir.

Bakı Fond Birjasının İnternet səhifəsi: www.bse.az

 

Milli Depozit Mərkəzinin

Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan Milli Depozit Mərkəzinin yaradılması Azərbaycan Respublikası Prezidentinin 14 may 1997-ci il tarixli Fərmanı ilə «Milli Depozit Sistemi haqqında» və «Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış səhmdar cəmiyyətlərinin və ixtisaslaşdırılmış çek investisiya fondlarının səhmdarlarının reyestrinin aparılması qaydaları haqqında» Əsasnamələrin təsdiq edilməsindən sonra mümkün olmuşdur. Yuxarıda qeyd olunan Fərmanın icrası ilə əlaqədar 18 sentyabr 1997-ci il tarixindən etibarən qapalı səhmdar cəmiyyəti formasında təsis edilmiş Milli Depozit Mərkəzi öz fəaliyyətinə başladı.

Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanının icrası ilə bağlı 08 sentyabr 1999-cu ildə Milli Depozit Mərkəzi yenidən təsis edilmiş və səhmlərin tam həcmi QKDK-ya keçmişdir.

2004-cü ildə Milli Depozit Mərkəzi «Avrasiya Mərkəzi Depozitarların Assosiyasiyası»nın təsis olunmasında iştirak etmiş və həmin təşkilatın üzvü olmuşdur.

Milli Depozit Mərkəzində 100 000-dən artıq fiziki və hüquqi şəxslərə depo hesabları açılmış, 1000-dən artıq açıq səhmdar cəmiyyəti ilə müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır.

Milli Depozit Mərkəzinin İnternet səhifəsi: www.mdm.az

  

QKDK-nın Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

«Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin Naxçıvan Muxtar Respublikasında təşkil edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Naxçıvanda QKDK-nin İdarəsi yaradılmış və QKDK-nın Naxçıvan Muxtar Respublikasındakı İdarəsi haqqında əsasnaməyə müvafiq fəaliyyətə başlamışdır. 01.03.2006-ci il tarixində Milli Depozit Mərkəzinin Naxçıvan filialının fəaliyyəti haqqında əsasnamə qüvvəyə minmişdir.

 

Beynəlxalq əlaqələr

Son illər ərzində ölkədə qiymətli kağızlar bazarının infrastrukturunun inkişafında, bu səpkidə dünya təcrübəsinin öyrənilməsi və tətbiq olunmasında beynəlxalq təşkilatlar tərəfindən göstərilən texniki yardımın əhəmiyyətli rolu olmuşdur.

Avropa Birliyi tərəfindən maliyyələşdirilmiş TACİS-in 2000-ci il Fəaliyyət Proqramınına daxil olmuş “Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının inkişafı” adlı 18 aylıq və 1 mln. 300 min avro həcmli layihəsi 2003-2004-cü illərdə Böyük Britaniyanın “Securities Research Assosiates” şirkəti tərəfindən müvəffəqiyyətlə həyata kerilmişdir.

Bu layihə çərçivəsüində beynəlxalq ekspertlər tərəfindən tədris kursları təşkil edilmiş, yerli bankların, broker şirkətlərinin və Bakı Fond Birjasının 30 nümayəndəsi beynəlxalq şəhadətnamə almışlar, QKDK-nın hüquqi-normativ sənədləri təhlil, tərcümə və redaktə olunmuş, onların beynəlxalq standartlara tam müvafiqliyi xüsusi qeyd edilmlşdir və elektron şəbəkə sistemi yaradılmışdır.

Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının yeni alətlərinin inkşafında da lahiyənin böyük rolu olmuşdur. Beynəlxalq ekspertlər “UNİBANK” tərəfindən ölkədə korporativ istiqrazların ilk buraxılışında fəal iştrak etmişlər.

Bütövlükdə bu kimi tədbirlər yerli bazarın beynəlxalq maliyyə fəzasına inteqrasiya edilməsinə doğru yönəldilmişdir.

Hal-hazırda FIRST multi donor proqramı haqqında razılıq əldə edilmlşdir. 14 iyul 2005-ci ildə QKDK-nın və Böyük Britaniyanın Emerging Market Economics Limited Şirkəti arasında “Qeyri-bank korporativ istiqrazlar bazarının yaradılmasına dəstək” texniki yardım layihəsinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuş və 12 ay müddətli həmin bu layihə üzrə Qrant Sazişi bağlanmışdır.

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən keçirilən

“Qiymətli kağızlar bazarı” mövzusunda kurslar

Mövzu

Mühazirəçi

  1.  

Səhm, səhmlərin növləri,səhmlərin xırdalanması, birləşdirilməsi, onların nominal dəyərinin azaldılması və artırılması, səhmlərin geri alınması və ödənilməsi

K.Əlizadə
QKDK

  1.  

Çekin növləri, mahiyyəti və dövriyyəsi

R.Əliyev
QKDK

  1.  

Qiymətli kağızlarla bağlı girov əməliyyatları və onların depozitarda uçotu

M.Mirzəzadə
QKDK

  1.  

Qiymətli kağızlar bazarının təhqiqi və təhlili  

M.Musayev
QKDK

  1.  

Veksel anlayışı, onun növləri və dövriyyəsi

H.Əliyev
QKDK

  1.  

İnvestisiya qiymətli kağızlarının emissiyasının mərhələləri, emissiya prospekti.

K.Əlizadə
QKDK

  1.  

Azərbaycan Respublikası Milli Bankının qısamüddətli notları və onunla əməliyyatlar.Repo əməliyyatlar

H.Cəfərov
BFB

  1.  

Dövlət qısamüddətli istiqrazlarındaxili borclamaaləti kimi

İ.Novruzov
BFB

  1.  

Azərbaycan Respublikasının ərazisində korporativ istiqrazlarının buraxılması və tədavülü. (istiqrazlar, təmin edilmiş və edilməmiş istiqrazlar, faizli, diskontlu istiqrazlar, konversiya borcu istiqrazları)

R.Nürəhmədov
QKDK

  1.  

Azərbaycan Respublikasının Milli Bankının qısamüddətli notları

M.Musayev
QKDK

  1.  

Mənzil sertifikatının mahiyyəti və rolu

A.Əhmədov
QKDK

  1.  

Özəlləşdirmə prosesində qiymətli kağızlar ödəniş vasitəsi kimi

R.Salıfov
MDM

  1.  

Fyuçerslər haqqında ümumi anlayış

H.Tosoyev
BFB

  1.  

Qiymətli kağızlar bazarının iştrakçıları.Qiymətli kağızlar üzrə peşə fəaliyyətinin lisenziyalaşdırılması və tənzimlənməsi.

M.Rəhimli
QKDK

  1.  

Qiymətli kağızlar bazarında alqı-satqı əqdləri

R.Salıfov
MDM

  1.  

Qiymətli kağızlarla rəsmiləşdirilən daşınmaz əmlakın ipotekası.İpoteka bazarının formalaşmasında qiymətli kağızların rolu

A.Əhmədov
QKDK

  1.  

Fond Birjasının fəaliyyəti və onun qiymətli kağızlar bazarının inkişafında rolu

Z.Şimiyev
BFB

  1.  

Mütəşəkkil qiymətli kağızlar bazarına çıxmaq üçün Birja
Tərəfindən müəssisələr qarşısına qoyulan tələblər

V.Namazov
BFB

  1.  

Depozitar fəaliyyətinin əsasları

C.Hacıyev
MDM

  1.  

Klirinq fəaliyyəti

İ.Novruzov
BFB

  1.  

Qiymətli kağız sahiblərinin reyestrinin aparılması

E.Xəlilov
MDM

  1.  

İnvestisiyaların növləri, investisiya fondları

M.Rəhimli
QKDK

  1.  

Müştərilərə broker xidmətinin göstərilməsi.Diler fəaliyyəti.

F.Köçərli
QKDK

  1.  

Səhmdar cəmiyyəti anlayışı, korporativ idarəetmənin əsasları.

E.Əliyev
QKDK

  1.  

Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi və nəzarəti. Qiymətli kağızlar bazarında investorlarının hüquqlarının müdafiyəsi. Qiymətli kağızlar bazarında qanun pozuntularına görə məsuliyyət.

K.Əbilhəsənov
QKDK

  1.  

İndeksər və reytinq, beynəlxalq reytinq agentlikləri

M.Rəhimli
QKDK

  1.  

Azərbaycanın qiymətli kağızlar bazarı üzrə beynəlxalq təşkilatlarla əməkdaşlığı. (IOSCO, FEAS.Dünya Birjalar Federasiyası, MDB birjalar federasiyası)

K.Əliyev
BFB

Əlaqə telefonları: 493-50-58 (2-21); (3-11)

 

Komitənin rekvizitləri

AZ1000 Bakı şəhəri, Bül-bül prospekti 19.

Tel: 4935058; Faks: (994 12) 4982559

E-mail: info@scs.gov.az

İnternet səhifəsi: www.scs.gov.az

Linklər  

Azərbaycan Respublikasının Prezidenti

http://www.president.az

Azərbaycan Respublikasının Milli Məclisi

http://www.meclis.gov.az

Azərbaycan Respublikasının Nazirlər Kabineti

http://www.cabmin.gov.az/

Azərbaycan Respublikası Milli Bankı

http://www.nba.az

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

http://www.economy.gov.az

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

http://www.mincom.gov.az

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

http://www.maliyye.gov.az

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

http://www.health.gov.az

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

http://www.mfa.gov.az

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

http://www.mot.gov.az

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

http://www.eco.gov.az

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

http://www.edu.gov.az

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

http://www.din.gov.az

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

http://www.justice.gov.az

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

http://www.mns.gov.az

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

http://www.agro.gov.az

Azərbaycan Respublikasının Vergilər Nazirliyi

http://www.taxes.gov.az

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

http://www.mys.gov.az

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

http://www.ardda.gov.az/

Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi

http://www.diaspora.gov.az

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

http://www.az-customs.net

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

http://www.azstat.org

Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi

http://stateproperty.gov.az/index.php

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi

http://www.refugees-idps-committee.gov.az/

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

http://www.addk.net/aze

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiəsi Fondu

http://www.sspf.gov.az

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

http://www.tqdk.gov.az/

Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti

http://www.propertyregister.gov.az

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi

http://www.tender.gov.az

Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi

http://www.copag.gov.az

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi

http://www.azstand.gov.az

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

http://www.constcourt.gov.az

Azərbaycan Respublikasının Ali Məhkəməsi

http://www.supremecourt.gov.az

Azərbaycan Respublikasının Baş Prokurorluğu

http://www.genprosecutor.gov.az

Beynəlxalq Qurumlar

 

Qiymətli Kağızlar üzrə Komissiyaların Beynəlxalq Təşkilatı

http://www.iosco.org

Dünya Fond Birjaları Federasiyası

http://www.world-exchanges.org

 

 



    Copyright © QKDK 2006 made in Network Technologies