əsas səhifə | əlaqə az | рус | eng    
    ƏSAS SƏHİFƏ     XƏBƏRLƏR

Müstəqil Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının yaranması yeni iqtisadi tariximizdə ən önəmli hadisələrdəndir. Ona görə ki, bu bazarın mövcudluğu hər ölkənin iqtisadi tərəqqi amillərindən, Azərbaycanı dünya iqtisadi sisteminə yaxınlaşdıran vacib maliyyə infrastrukturlarından biridir. Dünya təcrübəsindən bəllidir ki, qiymətli kağızlar bazarı bazar iqtisadiyyatının əsas təməlidir, məhz buna görə də ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin yaranması haqqında verdiyi Fərman dünya maliyyə təşkilatları, xarici sərmayədarlar və şirkətlər tərəfindən yüksək dəyərləndirilmişdir. Komitə yaradılan gündən qiymətli kağızlar bazarının infrastrukturunu, qanunvericilik bazasını yaratmaqla, şəffavlığı təmin etməklə məhz dünya bazarları ilə inteqrasiya istiqamətində fəaliyyət göstərmişdir.


Azərbaycanda daxili ictimai-siyasi sabitliyin bərqərar olunması, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması Azərbaycana yüksək suveren kredit reytinqinin verilməsi üçün möhkəm zəmin yara t mışdır. Bel ə ki , əgər 2000-ci ildə dünyada nüfüzu ilə seçilən İngiltərənin "Fitch" reytinq agentliyi Azərbaycana B+ kredit reytinqini vermişdirsə , bu günə həmin reytinq BB dərəcəsinədək artırılmışdır. Bundan əlavə, hökümətin səyləri nəticəsində Azərbaycan bu il “Moody’s İnternational” beynəlxalq reytinq agentliyindən Ba1 dərəcəsində suveren reytinq almışdır ki, həmin göstərici də "Fitch" agentliyinin göstəricisindən daha yüksəkdir. Xüsusilə qeyd etmək lazımdır ki, müharibə şəraitində yaşayan ölkə üçün bunlar çox yüksək göstəricilərdir.


Ölkəyə kredit reytinqinin verilməsi qısa və uzunmüddətli sərmayələrin ölkə iqtisadiyyatına cəlb edilməsində həlledici rol oynayacaqdır. Bu o deməkdir ki, Azərbaycana verilmiş yüksək suveren kredit reytinqi ölkəmiz qarşısında dünyanın bütün beynəlxalq maliyyə və fond bazarlarına yol açır, sərmayədarların ölkəmiz haqqında bilgilərinin artmasını və onların investisiya qoyuluşu üzrə fəaliyyətlərinin fəallaşmasını stimullaşdırır, bu da iqtisadiyyatın inkişafına təkan verir.


Azərbaycan iqtisadiyyatı həcminə görə böyük olmasa da, əsas odur ki, stabildir. MDB ölkələri arasında Azərbaycan ən yaxşı makroiqtisadi göstəricilər əldə edib. Qarşımızda duran məqsədimiz makroiqtisadi naliyətlərimizi mikroiqtisadi müstəviyə keçirməkdən ibarətdir.


Bu gün artıq neftdənkanar bölmə canlanıb, bölgələrdə yüngül sənaye layihələri gerçəkləşdirilir, neft layihələri üzrə növbəti addımlar atılır, əhalinin sosial durumu önə çəkilir, özəlləşdirmə prosesi dərinləşir, investisiyaların həcmi, qeyri-dövlət sektorunun ümumi daxili məhsulda payı ildən ilə artır. Banklara yerləşdirilən əmanətlərin çoxalması əhalinin yığım imkanlarının artdığını təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən keçirilən “Qiymətli kağızlar bazarı” mövzusunda kurslar

 


14.08.2008

PRESS-RELİZ
Avqust ayında QKDK tərəfindən dövlət qeydiyyatına alınmış dövlət qiymətli kağızların buraxılışları haqqında məlumat

ətraflı  
07.08.2008

PRESS-RELİZ
Avqust ayında QKDK tərəfindən dövlət qeydiyyatına alınmış korporativ qiymətli kağızların buraxılışları haqqında məlumat

ətraflı  
28.07.2008

PRESS-RELİZ
İyul ayında QKDK tərəfindən dövlət qeydiyyatına alınmış dövlət qiymətli kağızların buraxılışları haqqında məlumat

ətraflı  
25.07.2008

Xarici fond bazarları
Neftin qiyməti $ 125 – dan aşağı endi

ətraflı  
25.07.2008

Xarici fond bazarları
MSCI Barra şirkəti ərzaq bazarı ilə əlaqəli şirkətlərin səhmlərinin reytinqini hesablayır

ətraflı  
    Copyright © QKDK 2006 made in Network Technologies