AZ1000 Bakı şəhəri, Bül-bül prospekti 19. Tel: 4935058; Faks: (994 12) 5982559
əsas səhifə | əlaqə az | рус | eng    
     
QKDK-nin sədri
Rüfət Aslanlı

Rüfət Cəbrayıl oğlu Aslanlı

Azərbaycan Respublikasının

Qiymətli Kağızlar uzrə Dövlət Komitəsinin Sədri

 

1970 - ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanlıdır, ali təhsillidir.
1993 - cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1993 - cü ildən Aqrar Sənaye bankında mühasibat uçotu idarəsində iqtisadçı vəzifəsində başlamış və 1994 - cü ilin iyul ayından dekabr ayınadək aparıcı iqtisadçı vəzifəsində davam etdirmişdir.
1994 - cü ilin dekabr ayından Azərbaycan Respublikası Milli Bankının Baş pul-kredit siyasəti və valyutanın tənzimi idarəsində aparıcı iqtisadçı,
1995 - ci ildən baş iqtisadçı, 1998 - ci ildən isə həmin idarənin valyuta nəzarəti şöbəsinin rəisi vəzifələrində çalışmışdır.
2000 - ci ilin iyul ayından Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru,
2001 - ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2006 - cı ildə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilmişdir.
2006 - ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
2007 - ci ilin fevral ayında Azərbaycan Republikası Milli Bankı İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
2008-ci ilin noyabr ayinda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə sədr vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.
    Copyright © QKDK 2006 made in Network Technologies